Milyonluq şirkət nizamnamə kapitalını 10 manata endirdiAzərbaycanda fəaliyyət göstərən “PALID-2015” MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb. Şirkətin 3 milyon 516 min manatlıq kapitalı cəmi 10 manata endirilib.
1business.media xəbər verir ki, şirkət nizamnamə kapitalının azaldılması barədə elan yayıb.
Bildirilib ki, kreditorlar kapitalın azaldılması ilə əlaqədar tələblərini bir ay müddətində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 5 ünvanına bildirə bilərlər.
Şirkət nə ilə məşğul olur?
“PALID-2015” MMC 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti tikinti materialları və aksesuarlarının idxalı, topdan və pərakəndə satışıdır.
Beləliklə, şirkətin nizamnamə kapitalı 3 milyon 515 min 990 manat azaldılıb.
