BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bina

Bakıda 8 bina söküləcək – Kompensasiya məbləği 4 000 manata çatır

 Bakıda 8 bina söküləcək – Kompensasiya məbləği 4 000 manata çatır
Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan 8 binanın sökülməsi və sakinlərin köçürülməsi planlaşdırılır. Layihə çərçivəsində köhnə tikililərin yerində yenidənqurma və abadlıq işləri aparılacaq.
 
1business.media xəbər verir ki, söküntü işləri Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun həyata keçiriləcək.
 
Layihənin əhatə etdiyi ərazilər:
- Elşən Süleymanov küçəsi;
- Kamil Balakişiyev küçəsi;
- Məmmədəli Şərifli küçəsi;
- Rizvan Teymurov küçəsi;
- Babək prospekti;
- Cəmşid Naxçıvanski prospekti.
Sakinlərə nə qədər kompensasiya veriləcək?
 
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun açıqlamasına görə, yaşayış sahələri üçün hər kvadratmetrə 2 000–2 800 manat, qeyri-yaşayış sahələri üçün isə 4 000 manatadək kompensasiya nəzərdə tutulur.
 
Qeyd edək ki, bu rəqəmlər ilkin qiymətləndirmələrdir və yekun ödəniş məbləği hesab edilmir. Kompensasiya əmlakın qiymətləndirilməsi və aidiyyəti qurumların qərarları əsasında müəyyənləşdiriləcək.
 
Sökülməsi nəzərdə tutulan binaların əksəriyyətinin yataqxana olduğu bildirilir. Yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların vəsaiti hesabına aparılması planlaşdırılır.
 
Boşaldılmış ərazilərdə yeni yaşıllıq sahələrinin və parkların salınması da nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05