BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Babək İsmayılın şirkəti Böyük Britaniyada ikinci oldu – Azərbaycanlı sahibkarın uğuru

 Babək İsmayılın şirkəti Böyük Britaniyada ikinci oldu – Azərbaycanlı sahibkarın uğuru
Azərbaycanlı sahibkar Babək İsmayılın təsis etdiyi “OneDome” şirkəti Böyük Britaniyanın sürətlə böyüyən maliyyə texnologiyaları şirkətləri arasında ikinci yeri tutub.
 
1business.media xəbər verir ki, şirkət “Deloitte UK Technology Fast 50” reytinqində ümumi sıralamada 7-ci, fintech şirkətləri arasında isə 2-ci olub. 
 
 
Şirkətin gəlirləri sürətlə artır
 
“Deloitte” reytinqinə əsasən, “OneDome” son üç ildə gəlirlərini 4 199 faiz artırıb. Şirkət əvvəlki illə müqayisədə ümumi sıralamada 10 pillə irəliləyərək 7-ci yerə yüksəlib.
 
Reytinq Böyük Britaniyada texnologiya şirkətlərinin üçillik gəlir artımına əsasən hazırlanır. 
 
 
“OneDome” nə işlə məşğuldur?
 
Babək İsmayılın rəhbərlik etdiyi platforma Böyük Britaniyada ev alqı-satqısı prosesini sadələşdirmək üçün yaradılıb.
 
Şirkətin xidmətlərinə aşağıdakılar daxildir:
- İpoteka məsləhətləri;
- Daşınmaz əmlakın alqı-satqısı;
- Hüquqi sənədləşmə;
- Əməliyyatların idarə edilməsi.
2026-cı ilin fevralında şirkət 25 milyon dollar yeni investisiya cəlb edib. Bununla indiyədək əldə etdiyi investisiyaların ümumi həcmi 40 milyon dollara çatıb. 
 
 
Babək İsmayılın rəhbərlik etdiyi şirkətin beynəlxalq bazarda mövqeyini genişləndirməsi Azərbaycanlı sahibkarların xarici texnologiya sektorundakı uğurlarından biri kimi diqqət çəkir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05