BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

Naxçıvanın gələcəyi üçün 20 illik plan hazırlanır – Britaniyalı mütəxəssislər işə cəlb olunub

 Naxçıvanın gələcəyi üçün 20 illik plan hazırlanır – Britaniyalı mütəxəssislər işə cəlb olunub
Naxçıvan şəhərinin növbəti 20 il ərzində inkişaf istiqamətlərini müəyyənləşdirəcək strateji plan hazırlanır. Layihədə şəhərsalma, nəqliyyat infrastrukturu və təmiz enerji sahələrinin inkişafı nəzərdə tutulur.
 
1business.media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvana səfəri ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib. 
 
 
Səfirin sözlərinə görə, britaniyalı mütəxəssislər artıq bu istiqamətdə fəaliyyət göstərirlər. Naxçıvanın davamlı inkişafına dəstək vermək Böyük Britaniyanın əməkdaşlıq prioritetləri sırasındadır.
 
Dunkan Norman bildirib ki, Naxçıvan Azərbaycan, Türkiyə və Avropa arasında gələcək yaşıl enerji bağlantılarında, eləcə də Orta Dəhliz çərçivəsində mühüm rol oynaya bilər.
 
Əməkdaşlığın əsas istiqamətləri şəhərsalma, nəqliyyat əlaqələri, infrastrukturun yenilənməsi və təmiz enerji layihələridir.
 
Britaniyalı diplomat Naxçıvanın regional nəqliyyat-logistika mərkəzinə çevrilmək potensialının olduğunu vurğulayıb.
 
 
Layihənin həyata keçirilməsi Naxçıvanın uzunmüddətli şəhərsalma strategiyasının formalaşmasına və iqtisadi imkanlarının genişlənməsinə xidmət edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05