BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda doğuma görə müavinət ödənişləri 12 faiz artıb

 Azərbaycanda doğuma görə müavinət ödənişləri 12 faiz artıb

Azərbaycanda uşağın anadan olmasına görə valideynlərə verilən birdəfəlik müavinətlərin sayı artıb. 2026-cı ilin ilk 10 ayında bu ödənişlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz çox olub.

1business.media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında 72 655 uşağın anadan olmasına görə valideynlərə birdəfəlik müavinət təyin edilərək ödənilib.

2025-ci ilin eyni dövründə isə bu göstərici 65 004 olub. Beləliklə, müavinət ödənişlərinin sayı bir il ərzində 7 651 artıb.

Qız və oğlan uşaqlarına görə ödənişlər

Bu ilin ilk 10 ayında doğulan uşaqlara görə müavinət ödənişlərinin bölgüsü belə olub:

Qız uşaqları – 34 038 nəfər;

Oğlan uşaqları – 38 617 nəfər.

Ötən ilin müvafiq dövründə 30 552 qız və 34 452 oğlan uşağının doğulmasına görə müavinət ödənilmişdi.

İllik müqayisədə qız uşaqlarına görə ödənişlərin sayı 3 486 və ya 11,4 faiz, oğlan uşaqlarına görə isə 4 165 və ya 12,1 faiz artıb.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət valideynlərə ayrıca müraciət etmədən, proaktiv qaydada təyin olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05