BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Bakıda II Süni İntellekt Zirvəsi keçiriləcək – Azərbaycanın rəqəmsal gələcəyi müzakirə olunacaq

 Bakıda II Süni İntellekt Zirvəsi keçiriləcək – Azərbaycanın rəqəmsal gələcəyi müzakirə olunacaq
Azərbaycanda süni intellekt sahəsində mühüm tədbirlərdən biri olan II Süni İntellekt Zirvəsinin keçirilməsinə sayılı günlər qalıb. Tədbir noyabrın 13-də Bakıda təşkil olunacaq.
 
1business.media xəbər verir ki, “Facemark” şirkətinin təşkilatçılığı ilə baş tutacaq zirvə The Ritz-Carlton Baku otelində keçiriləcək. 
 
 
Dövlət və özəl sektor nümayəndələri bir araya gələcək
 
Zirvədə dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq ekspertlər, süni intellekt mütəxəssisləri və texnologiya şirkətlərinin təmsilçiləri iştirak edəcəklər.
 
Tədbirin proqramına iki əsas panel müzakirəsi, interaktiv sual-cavab sessiyaları, ixtisaslaşmış sənaye trekləri və praktiki masterklasslar daxildir.
 
Süni intellekt real şəraitdə sınaqdan keçiriləcək
 
İştirakçılar xüsusi AI Playground zonalarında süni intellekt həllərini sınaqdan keçirmək imkanı əldə edəcəklər. Masterklasslarda isə sahə mütəxəssisləri praktiki biliklərini bölüşəcəklər.
 
Tədbir saat 09:00-dan 18:00-dək davam edəcək. Bütün iştirakçılara sertifikat təqdim olunacaq.
 
Zirvə haqqında məlumat:
- Tarix: 13 noyabr 2026
- Məkan: The Ritz-Carlton Baku
- Saat: 09:00–18:00
Tədbirdə iştirak və qeydiyyat üçün rəsmi səhifəyə müraciət etmək mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05