BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

COP31 İqlim Zirvəsi bu gün Antalyada başlayır

 COP31 İqlim Zirvəsi bu gün Antalyada başlayır
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransı (COP31) bu gün, noyabrın 9-da Türkiyənin Antalya şəhərində fəaliyyətə başlayır.
 
1business.media xəbər verir ki, Türkiyənin ev sahibliyi etdiyi beynəlxalq tədbir noyabrın 20-dək davam edəcək.
 
Zirvədə 196 ölkə və Avropa İttifaqının iştirakı nəzərdə tutulub. İndiyədək 102 ölkədən lider və 300-dən çox nazirin qatılacağı bildirilib.
 
Konfrans çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə, təmiz enerji, ərzaq təhlükəsizliyi, yaşıl iqtisadiyyat və davamlı inkişaf məsələləri müzakirə olunacaq.
 
Noyabrın 11-12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Dünya Liderlərinin Zirvəsi keçiriləcək.
 
Tədbirdə ölkələrin iqlim böhranına qarşı öhdəlikləri, emissiyaların azaldılması və ekoloji problemlərin həlli istiqamətində birgə fəaliyyət imkanları diqqət mərkəzində olacaq.
 
COP31 Türkiyənin ev sahibliyi etdiyi ən genişmiqyaslı beynəlxalq iqlim tədbirlərindən biri hesab olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05