Türkiyə Ağdamda 40 sinif otaqlı məktəb tikirTürkiyə Ağdamda 40 sinif otağından ibarət yeni məktəb inşa edir. Təhsil müəssisəsinin gələn il istifadəyə verilməsi planlaşdırılır.
1business.media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında danışıb.
Ərdoğan bildirib ki, məktəbin ümumi sahəsi 14 500 kvadratmetr olacaq. Türkiyə lideri gələn il İlham Əliyevlə birlikdə təhsil müəssisəsinin açılışında iştirak edəcəklərini deyib.
O, Qarabağda aparılan bərpa və quruculuq işlərini də diqqətlə izlədiklərini vurğulayıb və Türkiyənin bu istiqamətdə öz təcrübəsini Azərbaycanla bölüşməyə davam edəcəyini bildirib.
