İlham Əliyev: Türkiyənin güclü iqtisadiyyatı və sənaye potensialı bizi də gücləndirirPrezident İlham Əliyev Türkiyənin iqtisadi və sənaye sahəsində əldə etdiyi inkişafın Azərbaycan üçün də əhəmiyyət daşıdığını bildirib.
1business.media xəbər verir ki, dövlət başçısı bu fikirləri noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında səsləndirib.
İlham Əliyev Türkiyənin hazırda dünya miqyasında böyük gücə çevrildiyini, təkcə regionda deyil, qlobal məsələlərdə də söz sahibi olduğunu vurğulayıb.
“Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır, bizi çox sevindirir və bizi də gücləndirir”, – deyə Prezident bildirib.
Dövlət başçısı Türkiyənin inkişafının və beynəlxalq mövqeyinin Azərbaycan üçün də müsbət əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
