BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

Azərbaycanda ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi – ABB dəstək göstərdi

 Azərbaycanda ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi – ABB dəstək göstərdi
Bakıda Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – “AIREX 2026” təşkil olunub. Tədbir yerli və xarici investorları, tikinti şirkətlərini və daşınmaz əmlak bazarının nümayəndələrini bir araya gətirib.
 
1business.media xəbər verir ki, sərgi noyabrın 4-6-da Bakı Ekspo Mərkəzində keçirilib. 
 
 
Tədbirdə 47-si yerli, 14-ü xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edib. Sərgi çərçivəsində daşınmaz əmlak layihələri, investisiya imkanları və tikinti sektorundakı yeniliklər təqdim olunub.
 
Azərbaycan Beynəlxalq Bankı (ABB) sərginin tərəfdaşlarından biri kimi çıxış edib. Tədbir “PAŞA Property Management” şirkətinin təşkilatçılığı ilə baş tutub.
 
Üç gün davam edən sərgidə beş panel müzakirəsi, şirkət təqdimatları və işgüzar görüşlər keçirilib. Müzakirələrdə şəhərsalma, yeni yaşayış kompleksləri, dayanıqlı tikinti, müasir infrastruktur və daşınmaz əmlak bazarına investisiyaların cəlb edilməsi məsələləri diqqət mərkəzində olub.
 
Noyabrın 4-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva da sərgini ziyarət ediblər. 
 
 
“AIREX 2026” Azərbaycanın daşınmaz əmlak bazarının beynəlxalq səviyyədə tanıdılması və xarici investorlarla yeni əməkdaşlıq əlaqələrinin qurulması məqsədi daşıyıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05