BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Bakıda süni intellekt və biznesin rəqəmsal transformasiyası müzakirə olunur

 Bakıda süni intellekt və biznesin rəqəmsal transformasiyası müzakirə olunur

1business.media xəbər verir ki, Bakıda SAP Connecting Day tədbiri keçirilir. Görüşdə süni intellektin biznes proseslərinə təsiri, rəqəmsal transformasiya və yeni texnoloji imkanlar müzakirə olunur.

Qlobal ERP bazarının aparıcı şirkətlərindən olan SAP süni intellekt dövründə biznesin inkişafına yönələn texnoloji həllərini təqdim edir.

Tədbirdə AWS, OpenAI, Anthropic və digər texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən yeniliklərə diqqət yetirilir.

Tədbirdə Azərsun Holding komandasının da rəqəmsal transformasiya sahəsində qazandığı təcrübəni və praktiki bilikləri bölüşməsi gözlənilir.

Müzakirələrdə süni intellektin köməyi ilə qərarvermənin sürətləndirilməsi, biznes proseslərinin optimallaşdırılması və şirkətlərdə səmərəliliyin artırılması məsələləri ön plana çıxır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05