Azərbaycan və Estoniya arasında texnologiya əməkdaşlığı genişləndirilir
1business.media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyaya səfəri çərçivəsində Baltik regionunun aparıcı texnologiya və biznes mərkəzlərindən biri olan “Ülemiste City” texnoparkının rəhbərliyi ilə görüşüb.
Görüşdə Azərbaycanda texnopark fəaliyyətinin genişləndirilməsi, innovasiya infrastrukturunun gücləndirilməsi və texnologiya şirkətləri üçün biznes imkanlarının artırılması məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Estoniya şirkətləri arasında əməkdaşlığın inkişafı, qarşılıqlı bazarlara çıxış və təcrübə mübadiləsi imkanlarını da nəzərdən keçiriblər.
Görüşün əsas istiqamətlərindən biri texnologiya sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və innovasiya ekosisteminin inkişafı olub.
