Prezident İlham Əliyev AIREX 2026 sərgisi ilə tanış olub
1business.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.
Sərgi Azərbaycanın daşınmaz əmlak bazarını, tikinti sektorunu və bu sahədə fəaliyyət göstərən şirkətləri bir araya gətirən beynəlxalq platformadır.
Dövlət başçısı və onu müşayiət edən şəxslər sərgidə təqdim olunan layihələr və daşınmaz əmlak sektorundakı yeniliklərlə tanış olublar.
