BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Nasdaq çöküş yaşadı: Şirkətlərin bazar dəyəri 4 trilyon dollar azaldı

 Nasdaq çöküş yaşadı: Şirkətlərin bazar dəyəri 4 trilyon dollar azaldı
ABŞ fond bazarında kəskin geriləmə qeydə alınıb. Nasdaq indeksi bir gündə 5,28% ucuzlaşaraq 22 617,73 bəndə düşüb. Son bir həftədə birjada səhmləri satılan şirkətlərin ümumi bazar dəyəri təxminən 4 trilyon dollar azalıb.
 
1business.media xəbər verir ki, noyabrın 20-də keçirilən ticarət sessiyasının yekununda Nasdaq 1 261,46 bənd itirib.
 
İndeksin geriləməsi onu aprelin əvvəllərindəki səviyyəyə qaytarıb. Oktyabrın əvvəlində isə Nasdaq 27,5 min bəndlə tarixi rekordunu yeniləmişdi. Hazırkı göstərici həmin zirvədən 18%-dən çox aşağıdır.
 
Bazarda satış təzyiqinin artmasına süni intellekt sektorundakı şirkətlərin yüksək qiymətləndirilməsi, borclanma xərcləri və gəlirliliklə bağlı narahatlıqlar təsir göstərib.
 
Texnologiya və yarımkeçirici şirkətlərin səhmləri ən ciddi itkilərlə üzləşib. Nvidia səhmləri də kəskin ucuzlaşan şirkətlər arasında olub.
 
ABŞ bazarındakı eniş digər beynəlxalq fond bazarlarına da təsir edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05