Dünya fond bazarlarında 2023-cü ildən bəri ən uzunmüddətli eniş qeydə alınırDünya fond bazarlarında satış təzyiqi güclənib. Qlobal səhm bazarları 2023-cü ilin sentyabrından bəri ən uzunmüddətli geriləmə dövrünə daxil olub.
1business.media xəbər verir ki, noyabrın 20-də MSCI All Country World Index indeksi ardıcıl yeddinci ticarət sessiyasında da ucuzlaşıb. Bu, 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən uzun fasiləsiz eniş seriyasıdır.
Bazar iştirakçılarının narahatlığının əsas səbəblərindən biri süni intellekt sektoruna yatırılan böyük vəsaitlərin gəlirliliyi ilə bağlı suallardır. İnvestorlar texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsini və bu sahəyə yönəldilən xərclərin gələcəkdə nə qədər qazanc gətirəcəyini yenidən qiymətləndirirlər.
Səhm bazarlarındakı geriləmə investorların daha təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olub. ABŞ dövlət istiqrazlarına və dollara maraq artıb.
Asiya bazarlarında da ciddi eniş müşahidə edilib. Tayvan və Cənubi Koreya birjaları süni intellekt və texnologiya şirkətləri ilə bağlı narahatlıqlar fonunda təzyiq altında qalıb.
