BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

ABB istiqrazlarına maraq artdı: Sifarişlər 22 milyon manatı keçdi

 ABB istiqrazlarına maraq artdı: Sifarişlər 22 milyon manatı keçdi
ABB-nin istiqrazlarına investor marağı davam edir. Bankın iki istiqraz buraxılışı üzrə daxil olan sifarişlərin ümumi həcmi 22,1 milyon manatı ötüb.
 
1business.media xəbər verir ki, istiqrazların növbəti yerləşdirmə mərhələsi uğurla başa çatıb. Ümumi emissiya həcmi 15 milyon manat olan hər iki buraxılış tam yerləşdirilib. İnvestorlardan daxil olan sifarişlərin məbləği təklif olunan həcmdən təxminən 1,5 dəfə çox olub.
 
Birillik istiqrazlar üzrə 5 milyon manatlıq emissiyaya qarşı 8 milyon 421 min 500 manatlıq sifariş daxil olub. Bu istiqrazların illik gəlirliliyi 8,5 faiz təşkil edir.
 
İkiillik istiqrazlar üzrə isə 10 milyon manatlıq emissiyaya qarşı 13 milyon 751 min 700 manatlıq sifariş qeydə alınıb. Bu istiqrazların illik gəlirliliyi 9 faizdir.
 
Abunə yazılışında ümumilikdə 177 investor iştirak edib. Birillik istiqrazlar üzrə 83, ikiillik istiqrazlar üzrə isə 94 investor sifariş təqdim edib.
 
İstiqrazların nominal dəyəri 100 manatdır. İnvestorlara faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək. Fiziki şəxslərin bu istiqrazlardan əldə etdiyi faiz gəlirləri vergidən azaddır.
 
İstiqrazlar Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilib. Onların təkrar bazarda alqı-satqısı da mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05