Konqolu tələbələrin BANM-də təhsili: Onların ən böyük arzusu ölkələrinin inkişafına töhfə verməkdir1business.media xəbər verir ki, artıq üçüncü ildir Konqo Neft Şirkətinin məsul əməkdaşları cənab Rolandın rəhbərliyi ilə tələbələri Azərbaycana gətirirlər.
26 saatlıq hava səfəri və dörd transferdən sonra Bakıya çatan tələbələr Bakı Ali Neft Məktəbində (BANM) təhsil alırlar.
Bu səfərlərin arxasında böyük məqsəd dayanır. Tələbələrin təhsil alması üçün uzun və yorucu yol qət edən bu insanların ən böyük arzusu onların bilik və bacarıqlara yiyələnərək gələcəkdə öz ölkələrinin inkişafına töhfə verməsidir.
Bu təşəbbüs gənclərin təhsilinə, gələcəyinə və ölkələrinin inkişafına göstərilən diqqətin gözəl nümunəsidir.
