BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Konqodan BANM-ə daha 14 tələbə gəlib – Ümumi say 31-ə çatıb

 Konqodan BANM-ə daha 14 tələbə gəlib – Ümumi say 31-ə çatıb
 
Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan Konqo vətəndaşlarının sayı 31-ə yüksəlib. SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında əməkdaşlıq çərçivəsində daha 14 tələbə Azərbaycana gəlib.
 
1business.media xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov yeni tələbələr və SNPC-nin nümayəndə heyəti ilə görüş keçirib.
 
Görüş zamanı rektor Konqodan olan tələbələrin təhsil göstəricilərini yüksək qiymətləndirib və onların nümunəvi tələbələr sırasında yer aldığını bildirib.
 
SNPC nümayəndə heyətinin rəhbəri, şirkət rəhbərinin köməkçisi Roland Akenandey isə Bakı Ali Neft Məktəbində yaradılan təhsil və tədris şəraitindən məmnunluğunu ifadə edib.
 
Qeyd edək ki, yeni tələbələrin gəlişindən əvvəl BANM-də SNPC ilə əməkdaşlıq çərçivəsində bakalavriat səviyyəsində 17 Konqo vətəndaşı təhsil alırdı. Yeni qəbul olunanlarla onların ümumi sayı 31-ə çatıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05