BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

AZCON nümayəndə heyəti Qazaxıstanın Aktau və Kurık limanlarında olub

 AZCON nümayəndə heyəti Qazaxıstanın Aktau və Kurık limanlarında olub

1business.media xəbər verir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Aktau və Kurık limanlarında olub.

Səfər zamanı nümayəndə heyətinə Qazaxıstanın liman və terminal infrastrukturu, onların fəaliyyəti və əməliyyat imkanları barədə məlumat verilib.

Görüşlərdə limanların mövcud infrastrukturu, yükaşırma potensialı və Xəzər dənizi üzərindən yükdaşımaların təşkili məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Qazaxıstan arasında limanlararası əməkdaşlığın genişləndirilməsi, Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılması və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05