1business.media xəbər verir ki, AZCON Holding-in icraçı direktorunun müavini Vüqar Mirzəzadə CSCEC şirkətinin İdarə Heyətinin sədri Qao Bonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda nəqliyyat, logistika, enerji, şəhərsalma və sənaye infrastrukturu sahələrində həyata keçirilə biləcək potensial layihələr müzakirə olunub.
Tərəflər infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi və maliyyələşmə imkanları barədə də fikir mübadiləsi aparıblar.
