BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Xarici turistlər azalıb, yerli vətəndaşlar hotellərə daha çox üz tutub

 Xarici turistlər azalıb, yerli vətəndaşlar hotellərə daha çox üz tutub
Azərbaycanda turizm bazarında maraqlı dəyişiklik müşahidə olunur: xarici turistlərin hotellərdə gecələmələrinin sayı azalarkən, yerli vətəndaşların göstəricisi artıb.
 
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında hotellərdə gecələyən xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 98 min 648 nəfər və ya 8,4% azalıb. Azərbaycan vətəndaşlarının sayı isə 22 min 87 nəfər və ya 2,7% artıb.
 
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, turizm eksperti Ceyhun Aşurov azalmanın əsas səbəbləri sırasında regiondakı münaqişələri göstərib. Onun sözlərinə görə, Körfəz ölkələri, İran və İsraildən gələn turistlərin sayında azalma müşahidə olunur. Hindistan bazarındakı geriləmə də ümumi göstəricilərə təsir edib.
 
Ekspert bildirib ki, Orta Asiya və Avropa ölkələrindən turist axınında artım olsa da, bu, digər bazarlardakı itkini kompensasiya etməyib.
 
Yerli vətəndaşların hotellərdə qalmasının artması isə daxili turizmə marağın yüksəlməsi ilə əlaqələndirilir. Xaricə səfərlərin azalması fonunda azərbaycanlıların istirahət üçün ölkə daxilindəki hotellərə üstünlük verməsi diqqət çəkir.
 
Məlumatlara əsasən, hesabat dövründə hotellərdə yerləşdirilən şəxslərin ümumi sayı 1 milyon 917 min 733 nəfər olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05