BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Şəkidə xarici turistlərin 93%-i hotellərdə qalmır

 Şəkidə xarici turistlərin 93%-i hotellərdə qalmır
Şəkiyə səfər edən xarici turistlərin böyük əksəriyyəti hotellərdən kənarda gecələməyə üstünlük verir. Rəsmi statistika bölgədə alternativ yerləşmə vasitələrinin geniş yayıldığını göstərir.
 
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Şəkidə xarici turistlərin ümumilikdə 78,7 min gecələməsi qeydə alınıb.
 
Məlumata əsasən, bu gecələmələrin cəmi 6,6 faizi hotel və mehmanxana tipli obyektlərin payına düşüb. Başqa sözlə, xarici turistlərin təxminən 93,4 faizi hotellərdən kənarda gecələyib.
 
Bu göstərici turistlərin qohum və dostlarının evlərində, şəxsi mənzillərdə və digər yerləşmə vasitələrində qaldığını göstərir.
 
Şəki ilə yanaşı, İsmayıllı və Quba rayonlarında da hotellərdən kənar gecələmələr üstünlük təşkil edir.
 
Statistikaya görə, İsmayıllıda hotel gecələmələrinin payı cəmi 2,6 faiz, Qubada isə 13,3 faiz təşkil edib.
 
Mövcud rəqəmlər bölgələrdə turizm xidmətlərinin yalnız hotel sektorundan ibarət olmadığını göstərir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05