Azərbaycanda ən çox bankomat Bakıda yerləşir – Regionlar üzrə rəqəmlər açıqlandıAzərbaycanda 2026-cı ilin ilk 9 ayının yekununa əsasən, bankomatların ümumi sayı 3 590 ədədə çatıb. Onların yarıdan çoxu Bakı iqtisadi rayonunun payına düşür.
1business.media xəbər verir ki, sentyabrın sonuna Bakıda 1 931 bankomat fəaliyyət göstərib.
Bankomatların sayına görə regionların sıralaması belədir:
- Bakı – 1 931
- Abşeron-Xızı – 248
- Gəncə-Daşkəsən – 189
- Şəki-Zaqatala – 153
- Mərkəzi Aran – 152
- Qazax-Tovuz – 139
- Qarabağ – 137
- Quba-Xaçmaz – 135
- Lənkəran-Astara – 123
- Şirvan-Salyan – 115
- Naxçıvan – 96
- Mil-Muğan – 93
- Dağlıq Şirvan – 61
- Şərqi Zəngəzur – 18
Beləliklə, ən az bankomat Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Burada cəmi 18 bankomat fəaliyyət göstərir.
Paytaxt Bakı ilə Şərqi Zəngəzur arasında bankomatların sayına görə fərq 107 dəfədən çoxdur.
