Kredit faizlərinin ən aşağı olduğu rayonlar açıqlanıb
1business.media xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixinə Azərbaycanda milli valyutada verilən uzunmüddətli kreditlər üzrə orta faiz dərəcələri iqtisadi rayonlar arasında fərqlənib.
Ən aşağı orta faiz Bakı iqtisadi rayonunda qeydə alınıb. Burada uzunmüddətli manat kreditləri üzrə orta faiz dərəcəsi 14,71 faiz təşkil edib. Kreditlərin ümumi məbləği isə 16 milyard 339,2 milyon manat olub.
Naxçıvan iqtisadi rayonunda orta faiz 15,53 faiz, Şərqi Zəngəzurda 16,48 faiz, Abşeron-Xızı iqtisadi rayonunda 17,23 faiz, Quba-Xaçmaz iqtisadi rayonunda isə 18,38 faiz olub.
Beləliklə, uzunmüddətli manat kreditləri üzrə ən aşağı faiz göstəricisinə malik beş iqtisadi rayon Bakı, Naxçıvan, Şərqi Zəngəzur, Abşeron-Xızı və Quba-Xaçmazdır.
