Azərbaycanda POS-terminalların sayı 27 minə yaxın azalıb
1business.media xəbər verir ki, 2026-cı ilin sentyabr ayında Azərbaycanda POS-terminalların sayı 135 min 204 ədədə düşüb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, avqustda 141 min 696 ədəd olan POS-terminalların sayı bir ay ərzində 6 492 ədəd azalıb.
Ötən ilin sentyabrı ilə müqayisədə isə azalma daha böyük olub. Belə ki, 2025-ci ilin sentyabrında ölkədə 161 min 915 POS-terminal fəaliyyət göstərib. Bir il ərzində terminalların sayı 26 min 711 ədəd və ya təxminən 16,5 faiz azalıb.
Sentyabrın sonunda POS-terminalların 86 min 242-si Bakıda, 48 min 962-si isə regionlarda yerləşib.
Eyni dövrdə ölkədə bankomatların sayı da azalıb. Avqustda 3 596 olan bankomatların sayı sentyabrda 3 590-a enib.
