BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Azərbaycanda banklardan kənarda 19,1 milyard manat nağd pul var

 Azərbaycanda banklardan kənarda 19,1 milyard manat nağd pul var
Azərbaycanda bank sistemindən kənarda dövr edən nağd pulun həcmi bir il ərzində 2,1 milyard manatdan çox artıb. Sentyabrın sonuna bu göstərici 19 milyard 126,5 milyon manata çatıb.
 
1business.media xəbər verir ki, 2026-cı ilin sentyabr ayının sonuna olan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 115,5 milyon manat və ya 12,4 faiz çoxdur. 
 
 
Müqayisə üçün, 2025-ci ilin sentyabr ayının sonunda banklardan kənarda olan nağd pulun həcmi 17 milyard 11 milyon manat təşkil edib.
 
Avqust ayı ilə müqayisədə isə sentyabrda azalma qeydə alınıb. Belə ki, avqustun sonunda bu göstərici 19 milyard 166,8 milyon manat olub. Bir ay ərzində nağd pul kütləsi 40,3 milyon manat və ya 0,2 faiz azalıb.
 
Beləliklə, illik müqayisədə artım davam etsə də, sentyabr ayında banklardan kənarda olan nağd pulun həcmində cüzi azalma müşahidə edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05