BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

Orta Dəhlizin inkişafı üçün 18,5 milyard avro investisiya tələb olunur

 Orta Dəhlizin inkişafı üçün 18,5 milyard avro investisiya tələb olunur
Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi və yükdaşıma imkanlarının artırılması üçün 18,5 milyard avro investisiyaya ehtiyac var.
 
1business.media xəbər verir ki, bu barədə 4S Business Summit Rotterdam tədbirində səsləndirilən məlumatlarda bildirilib.
 
Məlumata görə, hazırda Orta Dəhlizin illik yükdaşıma gücü təxminən 3,3 milyon ton qiymətləndirilir. Bu göstəricinin 2030-cu ilədək 11 milyon tona çatdırılması hədəflənir.
 
İnvestisiyaların əsasən dəmir yollarının, limanların və digər nəqliyyat infrastrukturunun inkişafına yönəldilməsi nəzərdə tutulur. Avropa İttifaqının “Global Gateway” proqramı çərçivəsində bu məqsədlə təxminən 10 milyard avro vəsaitin cəlb edilməsi mümkün hesab olunur.
 
Azərbaycanın da mühüm tranzit ölkələrindən biri olduğu Orta Dəhliz Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Asiya ilə Avropanı birləşdirir. Marşrutun rəqabət qabiliyyətinin artırılması üçün infrastrukturun yenilənməsi ilə yanaşı, sərhəd-keçid prosedurlarının və daşımaların idarə edilməsinin təkmilləşdirilməsi də vacib sayılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05