BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Hesablama Palatasından dövlət büdcəsi ilə bağlı yeni təkliflər

 Hesablama Palatasından dövlət büdcəsi ilə bağlı yeni təkliflər
Azərbaycanda dövlət maliyyəsinin idarə olunması sistemində dəyişikliklər təklif edilir. Yeni yanaşmaya əsasən, büdcə vəsaitlərinin xərclənməsi əldə olunan nəticələrə uyğun qiymətləndirilməli, dövlət qurumlarının fəaliyyəti daha ciddi nəzarətdə saxlanılmalıdır.
 
1business.media xəbər verir ki, Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev dövlət maliyyəsinin idarə edilməsində nəticəyönümlü büdcələşmənin əhəmiyyətindən danışıb.
 
Onun sözlərinə görə, dövlət büdcəsinin idarə olunması və fəaliyyət auditinin aparılması ölkədəki islahatlarla uzlaşdırılmalıdır. Əsas məqsəd dövlət vəsaitlərindən səmərəli istifadə etmək və əhaliyə göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir.
 
Büdcə xərcləri nəticələrə görə qiymətləndiriləcək
 
Zaur Vəliyev hesab edir ki, nəticəyönümlü büdcələşmə Orta Müddətli Xərclər Çərçivəsi islahatının tərkib hissəsi olmalıdır. Dövlət vəsaitləri ayrı-ayrı sahələrin strateji məqsədlərinə uyğun bölüşdürülməlidir.
 
O, dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəricilərinin (KPI) tətbiqinin vacibliyini də vurğulayıb.
 
Şöbə müdirinin sözlərinə görə, fəaliyyət auditi zamanı verilən tövsiyələr ən gec növbəti ilin dövlət büdcəsində müvafiq qurumların fəaliyyəti üzrə nəzərə alınmalıdır.
 
Yeni yanaşmanın əsas hədəfi dövlət xərclərinin səmərəliliyini artırmaq, dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq və vətəndaşların rifahına müsbət təsir göstərməkdir
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05