BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Azərbaycanda 30 torpaq sahəsi hərraca çıxarılır – Qiymətlər açıqlandı

 Azərbaycanda 30 torpaq sahəsi hərraca çıxarılır – Qiymətlər açıqlandı
Azərbaycanda 11 rayonda yerləşən 30 bələdiyyə torpaq sahəsi satışa və uzunmüddətli icarəyə çıxarılır.
 
1business.media xəbər verir ki, hərrac dekabrın 23-də keçiriləcək. Torpaq sahələrinin 3-ü satış, 27-si isə 15 il müddətinə icarə üçün nəzərdə tutulub.
 
Hərrac saat 15:00-da başlayacaq. İştirak üçün müraciətlər noyabrın 23-dən dekabrın 21-dək qəbul ediləcək.
 
Satışa çıxarılan torpaqların qiymətləri belədir:
- Goranboy: Aşağı Ağcakənd qəsəbəsində 270 kvadratmetr torpaq – 3 510 manat.
- Gədəbəy: Qurudərə kəndində 240 kvadratmetr torpaq – 7 200 manat.
- Beyləqan: Şəhər ərazisində 69 kvadratmetr torpaq – 3 839,85 manat.
İcarəyə veriləcək ən böyük torpaq sahəsi Biləsuvar rayonunun Səmədabad kəndində yerləşir. Heyvandarlıq üçün nəzərdə tutulan 70,56 hektar ərazinin ilkin illik icarə haqqı 7 761 manatdır.
 
Sabirabad rayonunda 14 torpaq sahəsi icarəyə təklif olunur. Quruzma kəndində 8 300 kvadratmetr sahənin illik icarə haqqı 141 manat, Xankeçən kəndində 16,26 hektar əkin sahəsinin isə 2 927 manatdır.
 
Lənkəranın Liman şəhərində 7 hektar torpaq illik 1 806 manata, Goranboyun Muzdurlar kəndində 10,38 hektar sahə isə 3 114 manata icarəyə veriləcək.
 
Hərraca Zərdab, Ucar, Bərdə, Ağstafa və Şəki rayonlarında yerləşən torpaq sahələri də çıxarılıb.
 
İştirakçılar dekabrın 22-dək müvafiq ərazi şöbələrində torpaq sahələri və müqavilə layihələri ilə tanış ola bilərlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05