Müdafiə Nazirliyinin balansında olan 892 nəqliyyat vasitəsi və texnika hərrac yolu ilə satışa çıxarılacaq. Əmlak 6 lot üzrə təqdim olunur və ümumi başlanğıc qiyməti 1 milyon 615 min 800 manatdır.1business.media xəbər verir ki, hərrac 22 dekabr 2026-cı il saat 10:00-da keçiriləcək. Satışa minik və yük avtomobilləri, avtobuslar, traktorlar, avtoyükləyicilər, motosikllər, qoşqu və yarımqoşqular çıxarılır. Nəqliyyat vasitələri arasında “Ural”, “KamAZ”, “ZİL”, “QAZ”, “UAZ”, “MAZ”, “BMW 730Li”, “Mercedes-Benz S350”, “Nissan Teana”, “Nissan Navara”, “Mitsubishi L200” və “Great Wall Wingle 5” markalı avtomobillər var. Hərrac 6 lot üzrə keçiriləcək. İlk üç lot ilk dəfə satışa çıxarılır və onların başlanğıc qiymətləri müvafiq olaraq 281 min 400 manat, 258 min 400 manat və 293 min 900 manatdır. Digər üç lot isə 10% endirimlə təkrar hərraca təqdim edilir. Dördüncü lot 309 min 150 manat, beşinci lot 253 min 440 manat, altıncı lot isə 219 min 510 manat qiymətləndirilib. İştirakçılar seçdikləri lotun ilkin qiymətinin 10%-i qədər beh ödəməlidirlər. Sifarişlər hərracdan ən azı üç bank günü əvvəl Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında qəbul ediləcək. Satışa çıxarılan texnika ilə əvvəlcədən tanış olmaq mümkündür
