Sosial yardım alanların ən çox yaşadığı 5 bölgə açıqlanıbAzərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayına görə ilk beşlikdə Lənkəran-Astara, Bakı, Mərkəzi Aran, Gəncə-Daşkəsən və Qarabağ iqtisadi rayonları qərarlaşıb.
1business.media xəbər verir ki, 2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, ölkə üzrə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 349 min 327 nəfər təşkil edib. Bir nəfərə düşən orta aylıq yardım məbləği isə 99,03 manat olub.
Ən çox sosial yardım alanların yaşadığı 5 bölgə:
1. Lənkəran-Astara – 64 961 nəfər
2. Bakı şəhəri – 39 850 nəfər
3. Mərkəzi Aran – 30 544 nəfər
4. Gəncə-Daşkəsən – 28 515 nəfər
5. Qarabağ – 25 362 nəfər
Ən çox yardım alanların Lənkəran-Astara iqtisadi rayonunda yaşadığı görünür. Bu bölgədə bir nəfərə düşən orta aylıq yardım 100,53 manat, Bakıda isə 96,69 manatdır.
