BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Azərbaycanda sosial yardım alanların sayı 17,8 min nəfər artıb

 Azərbaycanda sosial yardım alanların sayı 17,8 min nəfər artıb
 
Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı son bir ildə 17,8 min nəfər artıb.
 
1business.media xəbər verir ki, 2026-cı il oktyabrın 1-nə ölkədə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.
 
Ötən ilin eyni dövründə 75,3 min ailənin 331,5 min üzvü bu yardımla təmin olunmuşdu. Beləliklə, yardım alan ailələrin sayı 3,6 min, ailə üzvlərinin sayı isə 17,8 min nəfər artıb.
 
Ünvanlı dövlət sosial yardımının bir nəfərə düşən orta aylıq məbləği də yüksəlib. Ötən il 97,96 manat olan göstərici bu il 99 manata çatıb. Artım 1,04 manat və ya 1,1% təşkil edib.
 
2026-cı ilin ilk 9 ayında 24,9 min ailəyə 25,7 min uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib. Ötən ilin eyni dövründə isə 28,7 min ailəyə 29,9 min uşağın doğulmasına görə müavinət verilib.
 
Hesabat dövründə radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min nəfərə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min şəxsə isə birdəfəlik müavinət ödənilib.
 
Oktyabrın 1-nə Prezident təqaüdü və fəxri adlara görə təqaüd alanların sayı 407,6 min nəfər olub. Ötən ilin eyni dövründə bu göstərici 401,7 min nəfər təşkil edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05