Bu gün 3 növ birdəfəlik sosial müavinət ödəniləcəkAzərbaycanda noyabrın 16-da üç kateqoriya üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub.
1business.media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ölkə üzrə aşağıdakı müavinətlərin verilməsi planlaşdırılır:
- Dəfn üçün birdəfəlik sosial müavinət;
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət;
- Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinət.
Ödənişlərin noyabrın 16-da respublika üzrə həyata keçirilməsi nəzərdə tutulub.
Müavinətlərin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir.
