BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Azərbaycanda ən yüksək və ən aşağı pensiya alan rayonlar açıqlandı – SİYAHI

 Azərbaycanda ən yüksək və ən aşağı pensiya alan rayonlar açıqlandı – SİYAHI
Azərbaycanda pensiyaların orta aylıq məbləği rayonlar üzrə fərqlənir. Ən yüksək orta pensiya Zəngilanda, ən aşağı göstərici isə Xocalı rayonunda qeydə alınıb.
 
1business.media xəbər verir ki, 2026-cı il oktyabrın 1-nə olan statistikaya əsasən, Zəngilanda orta aylıq pensiya 502,20 manat, Xocalıda isə 439,79 manat təşkil edib.
 
Pensiya məbləğinin ən yüksək olduğu rayonların ilk beşliyi belədir:
- Zəngilan – 502,20 manat
- Şuşa – 491,95 manat
- Siyəzən – 489,91 manat
- Abşeron – 485,75 manat
- Qubadlı – 478,62 manat
Ən aşağı orta pensiya qeydə alınan rayonlar isə bunlardır:
- Xocalı – 439,79 manat
- Balakən – 442,44 manat
- Xızı – 444,30 manat
- Ağdam – 447,01 manat
- Zaqatala – 448,01 manat
Statistikaya görə, Zəngilan və Xocalı arasında orta aylıq pensiya fərqi 62,41 manatdır.
 
Ölkə üzrə orta aylıq pensiya 595,80 manat təşkil edib. Bakı şəhərində isə bu göstərici 820,88 manata çatıb.
 
Məlumatlar 2026-cı il oktyabrın 1-nə olan pensiya təminatı göstəricilərinə əsaslanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05