BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

AZCON rəhbəri peşə təhsili ilə sənaye əməkdaşlığının vacibliyini vurğulayıb

 AZCON rəhbəri peşə təhsili ilə sənaye əməkdaşlığının vacibliyini vurğulayıb
1business.media xəbər verir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayev “Peşə Təhsili Forumu–2026”da nəqliyyat və kommunikasiya sektorlarında ixtisaslı kadr hazırlığının, insan kapitalının inkişafının və peşə təhsili ilə sənaye arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.
 
Forumda texnoloji transformasiya şəraitində rəqəmsal savadlılıq, analitik düşüncə və praktiki bacarıqların müasir mütəxəssislər üçün əsas tələblərə çevrildiyi vurğulanıb.
 
Şahin Babayev bildirib ki, AZCON Holding təhsil müəssisələri ilə əməkdaşlıq, istehsalat təcrübəsi və peşəkar inkişaf proqramları vasitəsilə gənclərin praktiki bilik və bacarıqlarının artırılmasına, gələcək kadr potensialının formalaşdırılmasına töhfə verir.
 
Çıxış zamanı peşə təhsili müəssisələri ilə sənaye sektoru arasında əlaqələrin gücləndirilməsinin əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.
 
Forumun sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi 10 illik yubileyi münasibətilə təbrik edilib, tədbir iştirakçılarına uğurlar arzulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05