BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Peşə hazırlığına cəlb olunanların sayı 2030-cu ilədək 25 minə çatdırılacaq

 Peşə hazırlığına cəlb olunanların sayı 2030-cu ilədək 25 minə çatdırılacaq
1business.media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən panel müzakirəsində əmək bazarının tələbləri və işçi qüvvəsinin hazırlığı ilə bağlı sualları cavablandırıb.
 
Nazir bildirib ki, əmək bazarının dəyişən tələblərinə uyğun olaraq işçilərin bacarıqlarının artırılması, peşə və kvalifikasiya standartlarının hazırlanması istiqamətində işlər aparılır.
 
Hədəflərə əsasən, peşə hazırlığına cəlb edilən şəxslərin illik sayının 2030-cu ilədək 25 min nəfərə çatdırılması planlaşdırılır.
 
Müzakirədə formal məşğulluğun genişlənməsinin işçi qüvvəsinin bilik və bacarıqlarının artırılması, əmək bazarında daha hazırlıqlı kadrların formalaşdırılması üçün yeni imkanlar yaratdığı da vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05