BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Azərbaycanda 10 ayda 164 mindən çox şəxs işlə təmin edilib

 Azərbaycanda 10 ayda 164 mindən çox şəxs işlə təmin edilib
Azərbaycanda 2026-cı ilin ilk 10 ayında 164 mindən çox şəxs işlə təmin olunub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev məlumat verib.
 
1business.media xəbər verir ki, nazir müavini bu barədə Milli Məşğulluq Forumunda çıxışı zamanı danışıb.
 
Onun sözlərinə görə, əmək bazarında dəyişikliklərin sürəti artır. Süni intellekt iş proseslərini yeniləyir, rəqəmsal texnologiyalar yeni fəaliyyət sahələri yaradır, ənənəvi peşələr isə yeni bacarıqlar tələb edir.
 
Rəşad Mustafayev qeyd edib ki, Dünya İqtisadi Forumunun proqnozuna əsasən, 2030-cu ilədək işçilərin mövcud bacarıqlarının orta hesabla 39 faizi dəyişəcək və ya köhnələcək.
 
Nazir müavini vurğulayıb ki, əmək bazarının yeni tələblərinə uyğunlaşmaq üçün insanların bilik və bacarıqlarını mütəmadi yeniləməsi vacibdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05