BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda əmək müqavilələrinin sayı 600 minə yaxın artıb

 Azərbaycanda əmək müqavilələrinin sayı 600 minə yaxın artıb
1business.media xəbər verir ki, 2017-ci ildən qeyri-formal məşğulluğun azaldılması istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycanda əmək müqavilələrinin sayı təxminən 600 min artıb. Bu, 46-47 faizlik yüksəliş deməkdir.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu – 2026”da bildirib ki, həmin dövrdə ölkə üzrə əməkhaqqı fondu 3 dəfədən çox böyüyüb. 
 
 
Nazirin sözlərinə görə, əmək müqavilələrinin rəsmiləşdirilməsi işçilərin peşə hazırlığı və ixtisasartırma imkanlarını genişləndirir. Dövlət Məşğulluq Agentliyi işəgötürənlərin tələblərinə uyğun kadrların tapılması və hazırlanmasına dəstək göstərir.
 
İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılması da əsas istiqamətlərdən biridir. Bu məqsədlə işəgötürənlərlə görüşlər keçirilir, yeni vakansiyalar, əməkhaqqı və tələb olunan bacarıqlar müəyyənləşdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05