“BakuBus” 800 yeni sürücü işə götürəcək1business.media xəbər verir ki, “BakuBus” MMC-də əlavə 800 sürücünün işə qəbuluna ehtiyac var. Hazırda şirkətdə 3 700 sürücü çalışır.
AZCON Holding-in icraçı direktoru Şahin Babayev “Peşə Təhsili Forumu 2026”da bildirib ki, şirkətin fəaliyyəti genişləndirilir, bölgələrdə yeni depolar tikilir və nəqliyyat infrastrukturu inkişaf etdirilir.
Bildirilib ki, yeni sürücülərin cəlb olunması sərnişindaşıma xidmətinin genişləndirilməsi və təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir. Şirkətin yaxın müddətdə əlavə 800 sürücüyə ehtiyacı var.
Şahin Babayev aviasiya sahəsində də kadr tələbatına toxunaraq AZAL-da yerli pilotların sayının artırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib.
