Azərbaycanda 91 mənzil kirayə mexanizmi ilə təklif olunur – Aylıq ödəniş 419 manatdan başlayır1business.media xəbər verir ki, Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara 91 mənzil təklif olunur.
Mənzillərin aylıq ödənişləri 419 manatdan başlayır. Təklif olunan yaşayış sahələri mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün nəzərdə tutulub.
Mənzillər hansı ərazilərdə yerləşir?
Təklif olunan 91 mənzil üç ünvanda yerləşir:
- Bakı, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi – 27 mənzil;
- Sumqayıt şəhəri, Sülh prospekti – 38 mənzil;
- Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi – 26 mənzil.
Mənzillər bir, iki və üçotaqlıdır və tam təmirli vəziyyətdə təqdim ediləcək.
Müraciətlər nə vaxt başlayacaq?
Mənzil seçimi 24 noyabr 2026-cı il saat 15:00-da başlayacaq.
Müraciətlərin qəbulu və mənzil seçimi “MyGov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən aparılacaq. Ərizələrin təsdiqi SİMA İmza vasitəsilə biometrik identifikasiya ilə həyata keçiriləcək.
Ətraflı məlumatı İpoteka və Kredit Zəmanət Fondunun 1549 Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, bu mexanizmdə mənzil müqavilədə nəzərdə tutulan ödənişlər tam başa çatdıqdan sonra vətəndaşın mülkiyyətinə keçir.
