Azərbaycanda Aİ-nin dəstəyi ilə 11 mindən çox yeni iş yeri yaradılıbAvropa İttifaqının dəstəyi ilə Azərbaycanda yaradılan yeni iş yerlərinin sayı ötən il 12,3 faiz artıb. Proqram çərçivəsində minlərlə kiçik və orta sahibkarlıq subyekti də maliyyə və digər dəstək imkanlarından yararlanıb.
1business.media xəbər verir ki, EU4Business təşəbbüsünün 2025-ci il üzrə nəticələrinə əsasən, Azərbaycanda yaradılan yeni iş yerlərinin sayı 2024-cü illə müqayisədə 1 249 artaraq 11 416-ya çatıb.
Hesabata görə, proqram çərçivəsində dəstək alan kiçik və orta sahibkarlıq subyektlərinin sayı 15,9 faiz artaraq 8 156-ya yüksəlib.
2025-ci ildə dəstək alan müəssisələr ümumilikdə 29,3 milyon avro əlavə gəlir əldə ediblər. Həmin müəssisələrin dövriyyəsi 12 faiz, ixracı isə 10,4 faiz artıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ildə proqram çərçivəsində Azərbaycanda 7 038 kiçik və orta sahibkarlıq subyektinə dəstək göstərilib, 10 167 yeni iş yeri yaradılıb.
Beləliklə, EU4Business təşəbbüsü çərçivəsində həm məşğulluq, həm də kiçik və orta biznesin iqtisadi göstəricilərində artım qeydə alınıb
