Yaponiya valyuta bazarına 50,4 milyard dollar müdaxilə edib – Rekord yeniləndiYaponiya milli valyutası yenin məzənnəsini dəstəkləmək məqsədilə valyuta bazarında rekord həcmdə müdaxilə həyata keçirib. Bir gün ərzində bu əməliyyatlara 50,4 milyard dollar xərclənib.
1business.media xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin noyabrın 9-da açıqladığı məlumatlara əsasən, iyulun 30-da 7,98 trilyon yen həcmində müdaxilə edilib.
Bu, 1991-ci ildən bəri qeydə alınan ən böyük birdəfəlik valyuta müdaxiləsidir. Əvvəlki rekord 2026-cı il aprelin 30-da 6,28 trilyon yen təşkil edib.
Məlumata görə, Yaponiya iyulun 31-də daha 5,55 trilyon yen, avqustun 3-də isə 1,87 trilyon yen həcmində əməliyyat aparıb. Üç gün ərzində müdaxilələrin ümumi məbləği 15,4 trilyon yenə, təxminən 97,2 milyard dollara çatıb.
Bu addımlar yenin ABŞ dolları qarşısında kəskin ucuzlaşmasının qarşısını almaq məqsədi daşıyıb. İyulun sonlarında dolların məzənnəsi 164 yenə yaxınlaşaraq son 40 ilə yaxın dövrün ən yüksək səviyyəsinə çatmışdı.
Qeyd edək ki, iyulun 31-də Yaponiya və ABŞ 28 ildən sonra ilk dəfə valyuta bazarında birgə müdaxilə həyata keçiriblər.
