BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Dollar son 19 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb – Yen kəskin ucuzlaşır

 Dollar son 19 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb – Yen kəskin ucuzlaşır
ABŞ dolları dünya valyuta bazarında mövqeyini gücləndirərək son 19 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb. Yaponiya yeni isə dollar qarşısında ciddi dəyər itirir.
 
1business.media xəbər verir ki, noyabrın 13-də Dollar İndeksi (DXY) 103,18 bəndə yüksəlib. Bu, 2025-ci ilin aprelindən bəri qeydə alınan ən yüksək göstəriciyə yaxındır. 
 
 
Dollar niyə bahalaşır?
 
ABŞ-də inflyasiya təzyiqlərinin davam etməsi və Federal Ehtiyat Sisteminin dekabrda faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər dolların möhkəmlənməsinə təsir göstərir.
 
İnvestorlar dekabrda faiz dərəcəsinin 0,5 faiz bəndi artırılması ehtimalını 14,5 faiz qiymətləndirirlər. Bir həftə əvvəl bu ehtimal sıfıra yaxın olub.
 
Yapon yeni 160 səviyyəsinə yaxınlaşır
 
Dolların güclənməsi fonunda Yaponiya yeni də ucuzlaşmaqda davam edir. Dollar/yen məzənnəsi 159,89 səviyyəsinə yüksəlib.
 
Bu vəziyyət Yaponiya hökumətinin valyuta bazarına müdaxilə edə biləcəyi ehtimalını artırıb. Ölkənin maliyyə naziri Satsuki Katayama kəskin məzənnə dəyişikliklərinə qarşı tədbirlər görüləcəyini bildirib.
 
Digər valyutalar da ucuzlaşır
- Avro dollar qarşısında 1,1059 səviyyəsinə enib.
- Avstraliya dolları son bir ayda təxminən 2,5 faiz dəyər itirib.
- Bitcoin 4 faiz ucuzlaşaraq 68 587 dollara düşüb.
- Ethereumun qiyməti 1 926 dollar səviyyəsinə enib
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05