BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

“Azəralüminium”un xalis mənfəəti azalıb – Gəlirləri artsa da, xərclər yüksəlib

 “Azəralüminium”un xalis mənfəəti azalıb – Gəlirləri artsa da, xərclər yüksəlib
Azərbaycanın əsas alüminium istehsalçılarından olan “Azəralüminium” MMC 2025-ci ili xalis mənfəətin azalması ilə başa vurub. Şirkətin satış gəlirləri artsa da, əməliyyat mənfəətində geriləmə qeydə alınıb.
 
1business.media xəbər verir ki, şirkətin audit olunmuş maliyyə hesabatına əsasən, 2025-ci ildə xalis mənfəəti 14 milyon 66 min 523 manat təşkil edib.
 
2024-cü ildə bu göstərici 14 milyon 409 min 672 manat olub. İllik müqayisədə xalis mənfəət 343 min 149 manat və ya 2,4 faiz azalıb.
 
Satış gəlirləri artıb, əməliyyat mənfəəti azalıb
 
Şirkətin əsas maliyyə göstəriciləri belə dəyişib:
- Satış gəlirləri – 262,3 milyon manat. Artım 5,2 faiz.
- Ümumi mənfəət – 28,6 milyon manat. Artım 9,9 faiz.
- Əməliyyat mənfəəti – 16,9 milyon manat. Azalma 16,4 faiz.
- Ümumi və inzibati xərclər – 10,15 milyon manat. Artım 55,6 faiz.
Debitor borcları 77 milyon manatı ötüb
 
2025-ci ilin sonunda şirkətin debitor borcları 77,2 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 81,6 faiz çoxdur.
 
Şirkətin ümumi öhdəlikləri isə 31,6 milyon manat təşkil edib.
 
İlin sonunda müəssisənin aktivləri 399 milyon manata, ümumi kapitalı isə 367,4 milyon manata yaxınlaşıb.
 
Şirkətin açıqladığı məlumatda xalis mənfəətin 30 faizinin, yəni təxminən 4,2 milyon manatın dövlət büdcəsinə dividend kimi ödənilməsinin nəzərdə tutuld
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05