Azərbaycanda mikro sahibkarlara verilən kreditlər 11,7% artıb – MƏBLƏĞ AÇIQLANDIAzərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi ilin əvvəlindən 429,6 milyon manat artaraq 4 milyard 90,7 milyon manata çatıb.
1business.media xəbər verir ki, 2026-cı il sentyabrın 30-na olan məlumata görə, mikro sahibkarlara verilən kreditlərin ümumi portfeli ilin əvvəlindəki 3 milyard 661,1 milyon manatla müqayisədə 11,7 faiz artıb.
Artım təkcə ilin əvvəlindən deyil, son bir ayda da qeydə alınıb. Belə ki, avqustun sonunda mikro sahibkarlıq kreditlərinin həcmi 3 milyard 925 milyon manat olduğu halda, sentyabrın sonunda 4 milyard 90,7 milyon manata yüksəlib.
Beləliklə, bir ay ərzində kredit portfeli 165,7 milyon manat və ya 4,2 faiz böyüyüb.
Mikro sahibkarlara verilən kreditlərin artması kiçik biznes subyektlərinin bank maliyyələşməsindən istifadəsinin genişləndiyini göstərir.
