Unibankın bir ildən çox gecikmiş kreditləri 3,5 dəfə artıb“Unibank” ASC-nin bir ildən artıq müddətdə ödənilməyən kreditlərinin həcmi 2026-cı ilin üçüncü rübünün sonunda 3,7 milyon manata çatıb.
1business.media xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 1 milyon 53 min manat təşkil edib. Beləliklə, bir il ərzində uzunmüddətli gecikmiş kreditlər 2 milyon 647 min manat və ya 251,4 faiz artıb.
Hesabat dövründə 1–30 gün gecikməsi olan kreditlərin həcmi 17,7 faiz azalaraq 38 milyon 291 min manata düşüb.
31–60 gün gecikməsi olan kreditlər isə 37 faiz artaraq 10 milyon 655 min manata yüksəlib.
61–90 gün gecikmiş kreditlərin həcmi 3,3 faiz artaraq 8 milyon 989 min manat təşkil edib. 91–120 gün gecikməsi olan kreditlər isə 22 faiz azalaraq 6 milyon 208 min manata enib.
Bankın ümumi kredit portfeli 2026-cı ilin üçüncü rübünün sonunda 1 milyard 528 milyon 236 min manat olub. Ötən ilin eyni dövründə bu məbləğ 1 milyard 254 milyon 835 min manat təşkil edib.
Beləliklə, bankın kredit portfeli il ərzində 21,8 faiz artıb.
