Azərbaycan Sənaye Bankının kreditlərdən faiz gəlirləri 41,6% artıb“Azərbaycan Sənaye Bankı” ASC-nin müştərilərə verdiyi kreditlərdən əldə etdiyi faiz gəlirləri 2026-cı ilin ilk yarısında 41,6 faiz artaraq 13 milyon 720 min manata çatıb.
1business.media xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 9 milyon 690 min manat təşkil edib.
2026-cı ilin yanvar-iyun aylarında bankın ümumi faiz gəlirləri 23 milyon 146 min manata yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 faiz artım deməkdir.
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin ümumi həcmi də böyüyüb. Kredit portfeli illik müqayisədə 33,3 faiz artaraq 405,4 milyon manata çatıb.
Bankın xalis mənfəəti isə 20,4 faiz artaraq 3 milyon 444 min manat təşkil edib.
Kreditlərdən əldə olunan faiz gəlirlərinin yüksəlməsi bankın maliyyə nəticələrinə müsbət təsir göstərən əsas amillərdən biri olub
