BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

Azərbaycanda sığortaolunanların sayı 5,4 milyonu ötüb

 Azərbaycanda sığortaolunanların sayı 5,4 milyonu ötüb
Azərbaycanda rəsmi əmək və sosial sığorta sistemində qeydiyyatda olan şəxslərin sayı artıb. Ölkədə sığortaolunanların ümumi sayı 5 milyon 447 min nəfəri keçib.
 
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 119 242 nəfər artıb.
 
Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata əsasən, oktyabrın 1-nə ölkə üzrə uçota alınmış sığortaolunanların sayı 5 447 339 nəfərə çatıb.
 
Beləliklə, ilin ilk doqquz ayında sığortaolunanların sayı təxminən 119,2 min nəfər artıb.
 
Sığortaolunanların fərdi uçot sistemində qeydiyyata alınması onların gələcək pensiya təminatı və sosial sığorta hüquqlarının formalaşması baxımından əhəmiyyət daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05