BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Festival

Ağdaşda Heyva Festivalı keçirildi – 15 mindən çox insan iştirak edib

 Ağdaşda Heyva Festivalı keçirildi – 15 mindən çox insan iştirak edib
1business.media xəbər verir ki, noyabrın 7-də Ağdaş şəhərində “Azeronline LTD” şirkətinin rəqəmsal tərəfdaşlığı ilə II Heyva Festivalı keçirilib.
 
Tədbirə 15 mindən çox ziyarətçi qatılıb. Festivalın əsas məqsədi Ağdaşın meyvəçilik ənənələrini, yerli istehsalını və kənd təsərrüfatı potensialını tanıtmaq olub.
 
Festivalda nələr nümayiş etdirilib?
 
Ziyarətçilərə Ağdaşda yetişdirilən heyvanın müxtəlif sortları, ondan hazırlanan mürəbbələr, şirniyyatlar və digər yerli məhsullar təqdim olunub. Kənd təsərrüfatı və sənətkarlıq məhsullarının sərgi-satışı da təşkil edilib.
 
Tədbirdə milli musiqi və rəqs proqramları, ustad dərsləri, xalq sənətkarlığı nümunələri və müxtəlif əyləncəli tədbirlər keçirilib.
 
Azeronline festivalı internetlə təmin edib
 
Festivalın rəqəmsal tərəfdaşı olan “Azeronline” tədbir ərazisində fasiləsiz yüksəksürətli internet bağlantısı yaradıb.
 
Şirkət interaktiv stendlə iştirakçılara yeni məhsul və layihələrini təqdim edib. Stenddə oyun zonası, hədiyyəli yarışmalar və müxtəlif sürprizlər də təşkil olunub.
 
Tədbirdə kənd təsərrüfatında IoT sistemləri, telemetriya həlləri, süni intellekt və digər müasir texnologiyalar nümayiş etdirilib.
 
Şirkətdən bildirilib ki, Ağdaş rayonunun ərazisi tamamilə “Azeronline”ın yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə olunub
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05