BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

FINCA Azerbaijan Heyva Festivalında yerli sahibkarlarla görüşüb

 FINCA Azerbaijan Heyva Festivalında yerli sahibkarlarla görüşüb
FINCA Azerbaijan Ağdaşda keçirilən Heyva Festivalında iştirak edərək yerli sahibkarlar və fermerlərlə bir araya gəlib.
 
1xeber.media xəbər verir ki, tədbirdə şirkət yerli istehsalçı və sahibkarlarla ünsiyyət qurub, regionlarda biznes fəaliyyətinin və yerli ənənələrin dəstəklənməsinə diqqət yetirib. 
LinkedIn
 
 
Noyabrın 7-də Ağdaş şəhərində keçirilən II Heyva Festivalı yerli istehsalın, meyvəçilik ənənələrinin və sahibkarlıq fəaliyyətinin tanıdılmasına həsr olunub.
 
Festivalda müxtəlif bölgələrdən fermerlər, sahibkarlar, aqrar şirkətlər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 
Tədbir çərçivəsində Ağdaşda yetişdirilən heyva sortları, meyvədən hazırlanan mürəbbələr, şirniyyatlar və digər yerli məhsullar nümayiş etdirilib. 
 
 
FINCA Azerbaijan-ın festivalda iştirakı regionlarda fəaliyyət göstərən sahibkarlarla əlaqələrin qurulması və yerli biznes mühitinin dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05